OPEC noyabrın 5-də neft-qaz sənayesi ilə bağlı uzunmüddətli proqnozun əks olunduğu icmal dərc edəcək. 2040-cı ilədək neftə gündəlik tələbatın 112 mln. barrelə çatacağı gözlənilir. Bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.
"Noyabrın 5-də biz neft və qaz sənayesi ilə bağlı proqnozu əhatə edən icmal dərc edəcəyik. Bu və digər nəşrlərimiz hərtərəfli təhlil və araşdırma əsasında hazırlanır. Araşdırmamız neft-qaz sənayesinin üstünlük təşkil edəcəyini göstərir", - deyə o, bu gün Qazaxıstanın paytaxtında keçirilən "Kazenergy” forumunda bildirib.
"Neft-qaz sənayesi 2040-cı ilə qədər ən böyük paya malik olaraq qalacaq. Biz, həmçinin neftə uzunmüddətli tələbatın 2040-cı ilədək gündəlik 112 mln. barrelə qədər artacağını gözləyirik. Bunun çox hissəsi əhalisinin sayı sürətlə artan və güclü iqtisadi artıma malik inkişaf etməkdə olan ölkələrdən tədarük olunacaq”, - deyə o qeyd edib.*