ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (Amerika Birləşmiş Ştatları) və Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanla Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasına dair əlavə tədbirləri müzakirə ediblər.
“Həmsədrlər və nazirlər (Azərbaycan və Ermənistan XİN başçıları - İF) gərginliyin azaldılması, mövcud şəraitin saxlanılması, sülhə imkan yaradan və danışıqlar üçün əlverişli olan predmetlər üzrə əlavə tədbirlərin müzakirəsini davam etiriblər”, - həmsədrlərin ATƏT-in saytında dərc olunan bəyanatında deyilir.
Həmsədrlər birbaşa əlaqə kanalları da daxil olmaqla, yay mövsümündə tərəflərin zorakılığın minimallaşdırması üzrə səylərinin müsbət nəticələrini qeyd ediblər, həmçinin bu yaxınlardakı qaçılmaz nəticə (cəbhə xəttində Azərbaycan əsgərinin qətli - İF) ilə bağlı dərin təəssüf hissi ifadə ediblər.
Bəyanatda qeyd edilir ki, həmsədrlər hər iki nazirə münaqişənin humanitar və təhlükəsizlik aspektləri üzrə bu yaxınlarda Parisdə və Cenevrədə keçirilən məsləhətləşmələri də daxil olmaqla, iyunda Vaşinqtondakı birgə görüşdən sonra fəaliyyətləri haqqında məlumat veriblər.
O cümlədən, həmsədrlər qeyd ediblər ki, yaxın vaxtlarda regiona səfər etmək niyyətindədirlər. **
F.İsazadə