Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi respublikada müalicə-profilaktik müəssisələr üçün dərman və tibbi təyinatlı vasitələrin alışına dair 22 mln. 355 min 501,7 manat məbləğində 3 müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatına əsasən, Müalicə-profilaktik müəssisələrin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostikada istifadə olunan tibbi vasitələrin və digər tibbi təyinatlı vasitələr və ləvazimatların alışına dair “Zeytun Pharmaceuticals” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri – 8 mln. 915 min 391.64 manatdır.
Bundan başqa, müalicə-profilaktik müəssisələrin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin alışına dair “Zeytun Pharmaceuticals” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri – 5 mln. 311 min 629.32 manat təşkil edir.
Eyni zamanda, şəkərli diabet və 2016-2020-ci illər üçün Hemofiliya xəstəlikləri üzrə Dövlət və Tədbirlər Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin alışına dair “Avro Med Company” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri – 8 mln. 128 min 480.74 manatdır. **
F.İsazadə