Yusif Soltanov “AzSığorta” şirkətinin İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilir.
“Bu gündən etibarən Soltanov şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edəcək”, - “AzSığorta”dan qeyd ediblər.
İdarə Heyətinin sədri vəzifəsini tutan Anar Talıbov müvafiq prosedurlardan sonra “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü olacaq.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət göstərmək üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə Azərbaycanın 3 aparıcı şirkətindən biridir. “AzSığorta”ASC-nin səhmdarı bir fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 20,3 mln. manata bərabərdir. **
Ə.Məmmədov