2019-cu ilin yanvar-iyul aylarında Belarus Azərbaycana mühərriki 175 at gücündən çox olan 50 traktor tədarük edib. Bu barədə “Belstat” agentliyi məlumat verir.
“Hesabat dövründə Azərbaycana $4,6 mln. məbləğində mühərriki 175 at gücündən çox olan 50 traktor göndərilib. Bu qeyd olunan mühərrik ilə maşınların icxracına imkan yaradıb”, - reform.by “Belstat”ın məlumatına istinadən qeyd edir.
Bütövlükdə, hesabat dövründə Belarus $8,2 mln. məbləğində mühərriki 175 at gücündən çox olan 172 traktor ixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 44,3% çoxdur. Bu traktorların əksər hissəsi Rusiyaya tədarük olunub.
Hesabat dövründə ümumi və kənd təsərrüfatı təyinatlı traktorların ümumi ixracı ötən ilin göstəricisi ilə müqayisədə 2,2% - 17,3 min ədədə qədər azalıb. Dəyər ifadəsində tədarükün həcmi 3,1% - $278,36 mln.-a qədər azalıb. **
Ə.Məmmədov