Azərbaycan xaricdə daha 7 Ticarət və Şərab Evi açmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Qazaxıstan, BƏƏ, Rusiya və Çində 5 Ticarət və 2 Şərab Evinin açılması planlaşdırılır", - deyə məlumatda bildirilir.
Daha əvvəl verilən məlumata görə, Çində 3 Ticarət və 1 Şərab Evinin açılması nəzərdə tutulur.
Hazırda Azərbaycanın Çin və Rusiyada 3 Şərab Evi, Belarus, Ukrayna, Latviya, Polşa, BƏƏ və Çində isə 6 Ticarət Evi fəaliyyət göstərir.*
A.Əzizov