Azərbaycan iqtisadiyyatının şaxələndərilməsi məqsədilə insan kapitalı, qeyri-neft sektoru, təhsil, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahələrində Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıqda maraqlıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısının saytının məlumatına əsasən, Əliyev cümə axşamı Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Hans Piter Lankes ilə görüşüb.
“Bizim əməkdaşlığımızın çox yaxşı və uğurlu tarixçəsi var. İqtisadiyyatımızın şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün zəminin yaradılması planlarını nəzərə alaraq gələcək inkişaf üçün də yaxşı perspektivlər mövcuddur. Hesab edirəm ki, insan kapitalı, qeyri-neft sektoru, təhsil, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlığın dəstəklənməsi bizim əməkdaşlığımızın prioritetləri sırasındadır”, - prezident qeyd edib.
O cümlədən, dövlət başçısı məlumat verib ki, BMK Azərbaycanda layihələrin reallaşdırılmasına 250 mln. dollar həcmində sərmayə qoyub.
Əliyevin sözlərinə görə, Azərbaycan biznes mühitinin yaxşılaşdırılmasına mühüm önəm verir və Dünya Bankının “Doing Business” hesabatına görə, öldə dünyanın 10 ən islahatçı dövləti sırasına daxil olub. **
N.Abbasova