Dekabrın 14-də Bakıda Heydər Əliyev Sarayında “Beat Group”un Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi “Zima” 3-cü Uşaq Musiqi Festivalı keçiriləcək.
Cümə axşamı keçirilən mətbuat konfransında layihənin rəhbəri Leyla Zeynallı qeyd edib ki, festivalda 8-16 yaş arası uşaqlar iştirak edirlər.
Beş ay ərzində 110 uşaq tərəfindən öz vokal vokal bacarığını nümayiş edirmək məqsədilə çəkilən videoçarxlar göndərilib. Onların arasında Təşkilat Komitəsi 19 ən yaxçşı iştirakçını seçib.
Təşkilatçıların qeyd etdiyi kimi, Ukrayna, Gürcüstan, Türkiyə və Qazaxıstandan olan istedadlı uşaqlar iştirakçı qismində çıxış edəcəklər.
O cümlədən, bildirilib ki, bu festivalda iştirakçılar yerli estradanın nümayəndələri Aygün Kazımova, Sevda Ələkbərzadə və İlqar Xəyal ilə duetlər ifa edəcəklər. Yaxın zamanda Təşkilat Komitəsi “ulduzlarla” mahnı ifa edəcək iştirakçıların siyahısını elan edəcək.
Təşkilat Komitəsinə prodüsser Leyla Zeynalova, musiqi prodüsseri Rüstəm Rzayev, Ukraynanın əməkdar artisti, vokal müəllimi Rimma Şapovalova, xoreoqraf və “Nero” qrupunun lideri Emin Hüseynov və kreativ direktor Sinan Ağayev daxildir.
Bundan başqa, qeyd olunub ki, quruluş və bütün çəkiliş Moskvadan dəvət olunmuş müətəxəssislər qrupu tərəfindən həyata keçiriləcək. **
X.Nəsirzadə