Azərbaycan prezidenti İlham Əliyev yəhudi icmasını Roş-Ha-Şana münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Əliyev qeyd edib ki, Azərbaycanda müxtəlif etnik və dini qrupların nümayəndələri, o cümlədən yəhudilər dostluq, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşamış, heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmadan milli-mədəni və dini dəyərlərini günümüzədək qoruyub saxlamışlar.
“Yəhudi icması cəmiyyətimizin ayrılmaz hissəsi”, - Əliyevin məktubunda deyilir.
Dövlıət başçısı vurğulayıb ki, yəhudi icması əsl vətəndaşlıq və Azərbaycançılıq mövqeyindən çıxış edərək respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində və ictimai-siyasi proseslərdə fəal iştirak edir.
Əliyev qeyd edib ki, Roş-Ha-Şana yeniliyi, mənəvi saflığı və xeyirxahlığı təcəssüm etdirir. **
Ə.Məmmədov