Azərbaycan prezidenti İlham Əliyev Fransanın keçmiş prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar həmkarı Emmanuel Makrona başsağlığı verib.
“Fransanın keçmiş prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafında və möhkəmləndirilməsində Jak Şirakın böyük xidmətləri olub”, - məktubun mətnində deyilir.
Əliyev öz adından və Azərbaycan xalqı adından Makrona, bütün Fransa xalqına, mərhumun ailəsinə başsağlığı verib.
Fransanın Le Figaro nəşrinin verdiyi məlumata əsasən, Fransanın keçmiş prezidenti Jak Şirakcümə axşamı Parisdəki evində vəfat edib. **
X.Nəsirzadə