Azərbaycanda Gəncə-Qazax iqtisadi rayonuna daxil olan inzibati rayonların inkişaf planları hazırlanır. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Cümə axşamı Naftalan şəhərində İqtisadiyyat Nazirliyi, Avropa İttifaqı (Aİ) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə həyata keçirdiyi “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi çərçivəsində “Azərbaycanda regional inkişaf” mövzusunda tədbir keçirilib.
Tədbirdə “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi çərçivəsində Gəncə-Qazax iqtisadi rayonuna daxil olan inzibati rayonların inkişaf planlarının hazırlanması prosesi və nəticəsi təqdim edilib.
Naftalan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov öz növbəsində “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Naftalan rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışıb.
Məlumata əsasən, Daşkəsən rayonu üzrə hazırlanmış inkişaf planına dair təqdimatlar olub. **
X.Nəsirzadə