Azərbaycan 2019-cu ilin birinci yarısında Rusiyadan $25 mln. 474,61 min məbləğində avtonəqliyyat vasitələri idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
“Yanvar-iyun aylarında Azərbaycan Rusiyadan $25 mln. 474,61 min ümumi məbləğdə 2,193 min ədəd avtonəqliyyat vasitəsi idxal edib. 2018-ci ilin analoji dövrü ilə müqayisədə say ifadəsində idxal 49,8%, dəyər ifadəsində - 60% artıb”, - hökumətdən qeyd ediblər.
İdxalın böyük həcmi minik avtomobillərinin payına düşüb. Ümumilikdə, 6 ay ərzində Rusiyadan minik avtomobillərinin tədarükü $19 mln. 231,33 min məbləğində (artım 65,3%) 2,063 min ədəd təşkil edib (artım 59%). **
B.Rüstəmbəyov