Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə konsorsium TANAP-ın istifadəsindən illik $1,45 mlrd. həcmində gəlir gösləyir. Bunu konsorsiumun baş direktoru Saltuk Düzyol deyib.
“Proqnozlara əsasən, boru kəməri 2-3 il ərzində illik 16 mlrd. kubmetr qaz nəql edərək tam gücü ilə fəaliyyət göstərəcək. TANAP-ın tam gücü ilə istifadəsi zamanı bu boru kəməri ilə qaz tədarükündən gəlir illik $1,45 mlrd. təşkil edəcək. Bu məbləğdən bütün gəlirlərin 30%-i və ya $450 mln. Türkiyənin “BOTAS” şirkətinin payına düşəcək. Bundan başqa, TANAP ilə qaz nəqlinə görə Türkiyəyə 1 kübmetr üçün $5,95 həcmində vergi ödəniləcək”, - Düzyol Türkiyə mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, TANAP-ın istifadəyə verilməsindən (2018-ci ilin iyun ayında - İF) 2019-cu ilin avqust ayının sonunadək bu boru kəməri ilə 2,39 mlrd. kubmetr Azərbaycan qazı tədarük olunub. Eyni zamanda, Türkiyənin dövlət büdcəsinə ayırmalar təxminən $14,3 mln. təşkil edib.
“Bizim 2019-cu ilin aiyun ayından 2020-ci ilin iyun ayına qədər bu boru kəməri ilə 4 mlrd. kubmetr tədarükə dar BOTAS qarşısında öhdəliyimiz var”, - Düzyol əlavə edib.
O, həmçinin məlumat verib ki, artıq TANAP Şərqi Aralıq dənizi və Şimalı İraqdan qaz nəqli üçün istifadə oluna bilər.
“Məlum olduğu kimi, 2019-cu il iyulun 1-dən TANAP Azərbaycan qazının Avropaya tədarükü üçün tam hazır vəziyyətdədir. Biz bu tədarükə başlamaq məqsədilə TAP üzrə tikinti işlərinin başa çatmasını gözləyirik. 2020-ci ilin oktyabr ayından əvvəl Avropaya qaz tədarükü mümkün deyil, lakin biz bu qazı artıq indi tədarük etməyə hazırıq”, - Düzyol məlumat verib.
O, həmçinin xatırladıb ki, TANAP qaz kəmərinin tikinti layihəsi üzrə faktiki xərclər $11,7 mlrd. həcmində ilkin qiymətləndirmələrə qarşı $6,5 mlrd. təşkil edib.
2018-ci ildə TANAP ilə 916,4 mln. kubmetr qaz nəql olunub.
Öncə “SOCAR Turkiye Enerji” şirkətinin (SOCAR-ın törəməsi, ARDNŞ) baş direktoru Zaur Qəhrəmanova istinadən məlumat verilib ki, cari il TANAP ilə 3 mlrd. kubmetr həcmində Azərbaycan qazının tədarükü nəzərdə tutulur. 2020-ci ildən etibarən TANAP ilə Azərbaycan qazının illik tədarük həcmi 6 mlrd. kubmetr təşkil edəcək.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi $7,99 mlrd. həcmində qiymətləndirilir.
Perspektivdə boru kəmərinin ötürülmə qabiliyyəti illik 24 mlrd. kubmetr qaz, sonra isə 31 mlrd. kubmetrə çatdırılacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 51%, SOCAR Turkiye Enerji (7%), BOTAS - 30%, BP - 12%.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. İxracın illik həcmi 10 mlrd. kubmetr təşkil edəcək.**
N.Abbasova