Azərbaycanda aqrar sənaye parkının yaradılması planlaşdırılır. Bu barədə jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
“Bu gün aktual məsələlərdən biri aqrar sənaye parkının yaradılmasıdır. Bu layihənin həyata keçirilməsi üçün qiymətləndirmə işləri aparılıb, potensial iştirakçılarla görüşlər keçirilib”, - deyə o bildirib.
Nazir müavini vurğulayıb ki Çin şirkətləri də bu məsələyə böyük maraq göstərir. "Çin şirkətləri ilə ikitərəfli görüşlərdə xüsusilə aqrar sənaye parkı ilə bağlı məsələlər müzakirə olunub", - deyə N.Səfərov qeyd edib.
Onun sözlərinə görə, həm xarici, həm də yerli şirkətlər daxil olmaqla investisiyaların ümumi həcminin yüz milyonlarla dollar təşkil edəcəyi gözlənilir.
Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları fəaliyyət göstərir.*
X.Nəsirzadə