2019-cu ilin yanvar-avqust aylarında “AccessBank” 194 mln. manat məbləğində mikrokreditlər verib. Bunu bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.
“Kreditlərə tələbat tədricən artır. Nəticə olaraq, həmçinin banklar fəal kredit verməyə başlayırlar. İlin əvvəlindən bankımız 194 mln. manat məbləğində mikrokreditlər verib, bu da mikrobiznesin aylıq kreditləşməsinin təxminən 13 mln. manat həcmində olduğu deməkdir. Müqayisə üçün, ötən ilin analoji dövrü ərzində bankımız 124 mln. manat məbləğində mikrokreditlər verib”, - Həsənov qeyd edib.
O əlavə edib ki, bank bazarda lider mövqeyini qoruyaraq hər ay 6 minə yaxın mikrokrdeit verir, bankın mikrokreditləşmə üzrə müştərilərinin ümumi sayı isə 55 min nəfəri keçir.
“Mikrokreditləşmə seqmentində ölkə üzrə bankın payı 52% təşkil edir”, - Həsənov bildirib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.**
Ə.Məmmədov