Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin vəziyyətinin operativ monitorinqi üçün avadanlıq və laboratoriyanın satın alınmasına 3,1 mln. manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, nazirlik «Albatros Heltker» MMC ilə iki müqavilə bağlayıb.
2 mln. 401,965 min manat dəyərində birinci müqavilə respublikanın iri sənaye şəhərlərinin (Bakı, Sumqayıt, Gəncə) atmosfer havasının çirklənməsinin monitorinqi üzrə avtomatlaşdırılmış məntəqələrin quraşdırılmasını nəzərdə tutur.
698,04 min manat dəyərində ikinci müqavilə isə stasionar müşahidə məntəqələri ilə əhatə olunmayan ərazilərdə ətraf mühit komponentlərinə operativ nəzarət etmək üçün müasir səyyar laboratoriyaların alınmasını nəzərdə tutur.*
B.Rüstəmbəyov