2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 862,8 mln. manatlıq ($507,5 mln.) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə əməliyyatların həcmi 2,8% azalıb.
Cari ilin avqust ayında xarici vətəndaşlar bank kartları vasitəsi ilə 137,4 mln. manat məbləğində (ötən ilin avqust ayı ilə müqayisədə azalma 2,6% – İF) əməliyyat aparıblar.
2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana turist axını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 8,2% - 2 mln. 138,7 min nəfərədək artıb.
2018-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 mlrd. 278,4 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 25% çoxdur. **
B.Rüstəmbəyov