Prezident İlham Əliyev Şabran rayonunda avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolu 4 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə