Azərbaycan Tümen istehsalçılarından neft-qaz avadanlığı alacaq. Bu barədə Rusiya mətbuatı xəbər verir.
Bununla bağlı razılaşma Azərbaycanın "Azneftmaş" zavodunun və "Global Energy Azerbaijan" neft şirkətinin rəhbərliyinin, eləcə də bir sıra sənaye müəssisələrinin nümayəndələrinin Tümen vilayətinə işgüzar missiyası zamanı əldə olunub.
Xüsusilə "QMS-Neftemaş" zavodu və "Schlumberger Tümen nasosları" müəssisəsi ilə ixrac əlaqələrinin inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Danışıqların yekunları üzrə Tümen Azərbaycana elektrikli sualtı quyu nasosları və ehtiyat hissələri tədarük edəcək.
“Azneftmaş” zavodu 1953-cü ildə yaradılıb, 1999-cu ildə açıq tipli səhmdar cəmiyyətinə çevrilib.*
B.Rüstəmbəyov