Prezident İlham Əliyev bu gün Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə Mərkəzi Bankın əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, AMB sədri Elman Rüstəmov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bundan başqa, AMB-nin 3 əməkdaşı 2-ci dərəcəli “Əmək” ordeni, 2 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 18 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif edilib.*
B.Rüstəmbəyov