“Cybernet” MMC “Onlayn kassa informasiya sistemi”nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-ə) inteqrasiya edilməsi işlərini yerinə yetirəcək.
“Cybernet” Vergilər Nazirliyinin keçirdiyi müvafiq tenderin qalibi olub. Şirkət ilə 559,084 min manat məbləğində müqavilə imzalanıb”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
2004-cü ildə təsis olunan “Cybernet” Azərbaycanda və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları sahəsində xidmətlər və həllər təklif edir. **
Ə.Məmmədov