Azərbaycanda İnvestisiya və İxracın Təşviqi Fondu (AZPROMO) və Koreya İdxalçılar Assosiasiyası (KOIMA) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib ki, memorandum KOIMA-nın Azərbaycan mallarının Koreyaya ixracına kömək edəcəyini nəzərdə tutur.
"Koreya tərəfini maraqlandıran mallara ilk növbədə, qida məhsulları: şirələr, cem, çay, spirtli içkilər daxildir. Sənaye mallarından isə kimya sənayesi məhsulları daha çox maraq doğurur”, - deyə o bildirib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycandan Koreyaya ixracın həcmi $110,8 min, Azərbaycana idxalın həcmi $102,8 mln. təşkil edib.*
B.Rüstəmbəyov