2019-cu ilin əvvəlindən Saratov vilayəti Azərbaycana 295,8 min ton taxıl və taxıl emalı məhsulları ixrac edib. Bu barədə Rosselxoznadzora istinadən Saratovnews informasiya agentliyi məlumat verir.
Məlumata əsasən, hesabat dövrü ərzində Azərbaycan Saratiov vilayətindən buğda, arpa, qarğıdalı, kətan, saflor, günəbaxan, noxud, mərci, soya, hmçinin emal məhsulları və yem qatışıqları alıb.
Ümumilikdə, 2019-cu ildə Saratov vilayəti 609 min ton taxıl və taxıl emalı məhsullunu artıq 38 ölkəyə göndərib.
Beləliklə, vilayətin taxıl və taxıl emalı məhsulları tədarükünün 48,5%-i Azərbaycanın payına düşüb. **
X.Nəsirzadə