2019-cu il oktyabrın 1-dən Azərbaycanda əmək pensiyasının minumum məbləği 25% - 200 manatadək artırılıb.
2019-cu il 12 iyul tarixində Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişiklikləri qəbul edib. Azərbaycan prezidenti İlham Əlyev 14 avqust tarixli fərman ilə həmin dəyişiklikləri təsdiq edib.
Bu, cari ildə minimum pensiyanın ikinci artımıdır. Bundan əvvəl 2019-cu il martın 1-də minimum pensiya 116 manatdan 160 manata qədər artırılmışdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, minimum pensiyanın artımı 660 min nəfəri əhatə edəcək. Cari ilin sonunadək bu məqsədlərə 70 mln. manatdan çox, 2020-ci ildə isə 220 mln. manata qədər vəsait yönəldiləcək. **
N.Abbasova