Milli Məclisin bu gün keçirilən plenar iclasında “Texniki tənzimləmə haqqında” qanun layihəsi üşüncü oxunuşda qəbul olunub. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Sənəd Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.
“Texniki tənzimləmə haqqında” qanun layihəsi mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.
Qanun layihəsinə əsasən, texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətləri müəyyən ediləcək, texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyəti təmin ediləcək, texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığın təmin ediləcək.
Bundanm başqa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədi ilə milli standartlaşdırma qurumu tərəfindən Məlumat mərkəzinin təsis edilməsi nəzərdə tutulur. **
Ə.Məmmədov