Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Çinin sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.
“Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi siyasi, iqtisadi və humanitar sahələrdə birgə səmərəli işimiz üçün yaxşı zəmin yaratmışdır. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada daha da dərinləşməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək”, - məktubda qeyd olunur.
Məktubun mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov