Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə daha sıx əməkdaşlığa hazırdır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
infoshos.ru nəşrinin məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ŞƏT-in baş katibi Vladimir Norov ilə görüşüb.
Tərəflər Azərbaycanın dialoq üzrə tərəfdaş qismində ŞƏT ilə əməkdaşlığının inkişaf etdirilməsi məsələsini müzakirə ediblər. Norov qeyd edib ki, bu ilin may ayında ŞƏT-in üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurası dialoq üzrə tərəfdaşlar və müşahidəçi ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı "yol xəritəsi"ni təsdiq edib. Yol xəritəsi onlarla əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar açır", - deyə nəşr qeyd edir.
Öz növbəsində, E.Məmmədyarov təşkilatın fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycan tərəfinin ŞƏT ilə qarşılıqlı faydalı istiqamətlərdə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib.*
B.Rüstəmbəyov