2019-cu il oktyabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $61 mln.-a yaxın vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək 103 mln. 271,1 min manat (cari məzənnə ilə $60,7 mln.), $213,578 min, 17,566 min avro və 5 min rubl vəsait daxil olub”, - məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
A.Əzizov