Qusar rayonunda icazəsiz ova cəhd edən beş brakonyer saxlanılıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazlriyindən məlumat verilir.
Araşdırma zamanı brakonyerlərdən 4 nəfərin Qusar, bir nəfərin isə Xaçmaz rayonu sakini olduğu məlum olub.
5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən onlardan 5 ov tüfəngi və 32 patron götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və hər biri 1 min manat məbləğində cərimə edilib. **
X.Nəsirzadə