Rusiya prezidenti Vladimir Putin Xəzərin hüquqi statusuna dair Konvensiyanın ratifikasiyası haqqında federal qanun imzalayıb.
Konvensiya 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanıb. Konvensiyanın iştirakçıları Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandır.
Sənəd Xəzər dənizinin istifadəsi ilə bağlı sahilyanı dövlətlərin hüquq və vəzifələrini müəyyən edir.*