5-9 oktyabr tarixlərində Azərbaycanda Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət günləri keçiriləcək.
“Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət günləri çərçivəsində genişmiqyaslı proqram planlaşdırılıb. Vokal və xoreoqrafiya kollektivləri, Qaraçay-Çərkəz Respublikasının tanınmış artistlərinin çıxışı, milli paltarların nümayişi, respublikanın bərpa olunan sənət növlərinin sərgisi keçiriləcək”, - “İnterfaks-Cənub”a Qaraçay-Çərkəz Respublikası Mədəniyyət Nazirliyindən məlumat verilib.
Oktyabrın 5-də Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin meydançasında tədbirin təntənəli açılış mərasimi keçiriləcək.
Layihəyə M.Maqoomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsertlə yekun vurulacaq. **