Slovakiyanın Azərbaycanda səfirliyi açılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiya Respublikasının Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımov ilə görüşüb. Bu barədə XİN-in məlumatında deyilir.
Görüşdə E.Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı P.Mirzəzadəyə təqdim edib.
Notada verilmiş məlumata əsasən, 2019-cu ilin oktyabrın 1-dən etibarən Slovakiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlayır.
P.Mirzəzadə Slovakiyanın Bakıda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsinə və irəlilədilməsinə təkan verəcəyini bildirib.*
A.Əzizov