Oktyabrın 2-dən 16-dək Bakıda 10-cu Avropa Film Festivalı keçiriləcək. Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən məlumat verilir.
Mədəniyyət əlaqələrinin inkişafına yönələn illik tədbir Aİ-nin zərbaycandakı Nümayəndəliyi, Aİ-yə üzv ölkələrin səfirlikləri və Park Cinema kinoteatrı ilə birlikdə təşkil olunur.
Film Festivalı çərçivəsində tamaşaçılara 15 film nümayiş olunacaq.
Festivalın qonaqları arasında latviyalı kino və teatr rejissoru Viesturs Kayrişs və alman kinorejissor Vayt Helmer yer alacaq.
Filmlər Park Bulvar, Flame Towers və Metro Park ticarət mərkəzlərində Park Cinema kinoteatrlarında nümayiş olunacaq.
Birinci Avropa Film Festivalı Bakıda 2010-cu ildə keçirilib. İndiyədək bu festivallar çərçivəsində Azərbaycanda tamaşaçılar 133 filmə baxıblar. **
X.Nəsirzadə