2018-ci il ərzində “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin zərəri 31 mln. 714,584 min manat təşkil edeib, bu da 2017-ci ilin göstəricisindən 31,7% azdır.
Cəmiyyətin saytında dərc olunan 2018-ci il ərzində maliyyə hesabatına əsasən, hesabat ilində gəlirləri 829 mln. 402,099 min manat (2017-ci illə müqayisədə artım 48,3%), həmçinin cəmiyyətin birjadankənar gəlirləri 558 mln. 548,851 min manat (аrtım 43,3%) təşkil edib.
Eyni zamanda, cəmiyyətin 2018-ci il ərzində xərcləri 861 mln. 116,683 min manat (artım 42,1%) təşkil edib. O cümlədən, hesübat ili ərzində ASC-nin digər xərcləri 578 mln. 778,49 min manat (аrtım 65,4%) və ya 21018-ci il ərzində bütün xərclərin 67,2%-ni təşkil edib.
2018-ci ildə ASC-nin aktivləri 1,1% - 2 mlrd. 768 mln. 544,455 min manatadək, kapitalı 1,4% - 2 mlrd. 758 mln. 496,053 min manatadək azalıb, baxmayaraq ki, öhdəlikləri 4,6 dəfə - 10 mln. 48,402 min manata qədər artıb.
“Meliorasiya və Su Təsərrüfatı” ASC Azərbaycan prezidentinin 2006-ci il 23 fevral tarixli fərmanına əsasən yaradılıb. Hazırda cəmiyyətin ştatı 21,612 min nəfərdən ibarətdir. ASC-yə meliorasiya və su təsərrüfatı sahəsində 96 təşkilat daxildir. **
A.Əzizov