2019-cu ilin sonunadək Bakıda yaşayış binalarında 450-ə yaxın lift yenilənəcək. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Azərbaycan prezidenti İlham Əliyev Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Parkda sakinlərlə görüş zamanı prezidenti bildirib ki, lift təsərrüfatı yenilənir. Bu məqsədlə 40 mln. manat vəsait ayrılıb. Dövlət başçısı Əzizovu indiyədək neçə liftin dəyişdirilməsi barədə məlumat verməyi xahiş edib.
“Artıq 50 lift quraşdırılıb. Sizin tapşırığınıza uyğun olaraq, ilin axırınadək 500-ə qədər olacaq”, - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib..
Bundan əlavə, prezident vurğulayıb ki, 2020-ci ildə paytaxtda ictimai nəqliyyatın yenilənməsi prosesi davam edəcək. “Bu il 300 avtobus gətirilib, əvvəlki dövrlərdə də gətirilib. Gələn il də ən azı 300 müasir avtobus gətiriləcək”, - İ.Əliyev qeyd edib.
Dövlət başçısı əlavə edib ki, 2019-cu ildə Azərbaycan Bakı Metropoliteni üçün 30 vaqon alıb. Bundan başqa, o bildirib ki, Azərbaycanda yeni metrio stansiyaların tikintisi prosesi davam edəcək. **
A.Əzizov