Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin sentyabr ayında valyuta hərraclarında $618,95 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin avqust ayında valyuta hərraclarında $815,4 mln. məbləğində xarici valyuta satıb. Beləliklə, sentyabr ayında fond tərəfindən xarici valyutanın satış həcmi avqust ayı ilə müqayisədə 24,1% azalıb.
Bütövlükdə, yanvar-sentyabr aylarında valyuta hərraclarında $4 mlrd. 512,85 mln. məbləğində xarici valyuta satılıb (ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 2,6% - İF).
Fond 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 79,4% çoxdur.**
A.Əzizov