SOCAR 2019-cu ilin yanvar-sentyabr aylarında Bakı-Novorossiysk neft kəməri ilə 574,17 min ton neft ixrac edib. Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
““Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Novorossiysk limanına 574,17 min ton, sentyabrda isə 164,77 min ton neft nəql olunub”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumatda bildirilir.
SOCAR 2018-ci ilin yanvar-sentyabr aylarında Bakı-Novorossiysk kəməri ilə 968,2 min ton neft nəql edib. Beləliklə, cari ilin müvafiq dövründə bu boru kəməri ilə neft ixracı 40,7% azalıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.*
N.Abbasova