2019-cu il sentyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 mlrd. 34,1 mln. təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 7,3% artıb.
Sentyabrda AMB-nin valyuta ehtiyatları 0,5% və ya $29,8 mln. artıb.
2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.*
Ə.Məmmədov