OPEC-in gələcəyi təhlükə altında deyil, kartel ölkələri yetkinlik səviyyəsinə çatıb və qiymət dəyişikliyinin qarşısını almaq iqtidarındadır. Bu sözləri İranın neft naziri Bijan Zanqane deyib.
"OPEC-in gələcəyi təhlükədə deyil, onlar yetkinlik səviyyəsinə çatıb və qiymət dəyişikliyinin qarşısını almaq, razılığa gəlmək iqtidarındadırlar. Ümid edirəm ki, OPEC bundan sonra da neft bazarında mühüm rol oynayacaq”, - deyə o, Rusiya Enerji Həftəsi çərçivəsində çıxışı zamanı bildirib.*