Dövlət Turizm Agentliyi dağ piyada marşrutları üzrə strategiya hazırlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a agentlikdən məlumat verilib.
Bundan başqa, DTA bu sahədə standartların tətbiqini planlaşdırır.
Bu məqsədlə DTA məsləhətçi şirkət seçiminə dair tender elan edib.
Tenderdə iştirak haqqı 100 manatdır.
Şirkətlərdən tender təklifləri 2019-cu il 13 noyabr saat 17:00-dək qəbul olunur. Paketlərin açılması 14 noyabr saat 15:00-da baş tutacaq. **
X.Nəsirzadə