Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon bölmələrinin birinin yeni inzibati binasının tikintisinə 1,4 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, "EGO" MMC ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin yeni inzibati binasının tikintisinə dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 1 mln. 399,095 min manatdır. **
B.Rüstəmbəyov