Azərbaycan və Rusiya Maxaçkala-Bakı istiqamətində sürət qatarını istifadəyə verməyi planlaşdırır. Bu barədə RF Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev məlumat verib.
“Maxaçkala ilə Bakı arasında sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulur. Sərnişinlər sadələşdirilmiş qaydada gömrük yoxlamasından keçəcəklər. Peterburq ilə Helsinki arasında eyni prinsip ilə qatar hərəkət edir”, - Vasilyev Valday beynəlxalq klubunun 16-cı iclası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Maxaçkala-Bakı marşrutu ilə qatar Dərbənd ərazisindən keçəcək. Bu məsələ Azərbaycan və Dağıstanın profilli nazirlikləri arasında müzakirə olunub.
“Bu dəmir yolunun istifadəyə verilməsi Azərbaycanla Dağıstan arasında, həmçinin Dərbənd şəhərinə turist axınını artıracaq”, - Vasilyev qeyd edib.
O bəyan edib ki, Dərbənd turistlər arasında çox populyardır və yaxın illərdə xüsusi maliyyələşdirmə hesabına “daha yaxşı” olacaq. “Müasir şəhər olması üçün şərait yaradacağıq”, - o təsdiq edib. **
N.Abbasova