2019-cu ilin sonunadək bir barrel neftin qiyməti 60 dollar səviyyəsində qala bilər. “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov belə hesab edir.
"Düşünürəm ki, OPEC+ razılaşması sayəsində bazarda sabitlik qorunacaq. Bu, $60 +, $60 - dəhlizidir. Ancaq bunlar kiçik dəyişikliklərdir”, - deyə o, Rusiya Enerji Həftəsi çərçivəsində jurnalistlərin müvafiq sualına cavab olaraq bildirib.*