RF XİN başçısı Sergey Lavrov bəyan edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası ilə bağlı risklər görmür.
“Mən burada hər hansı aydın, hətta aşkar olmayan iri hərbi əməliyyatların bərpası ilə əlaqədar təhlükə görmürəm”, - Lavrov çərşənbə günü “Valday forumu”nda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Rusiya tərəfi “bunun baş verməməsi üçün əlindən gələn hər şey edəcək” .
“Son zamanlar təmas xəttində vəziyyət kifayət dərəcədə sakitdir, insidentlərin sayı azdır , həm onlar çox böyük də deyil”, - Lavrov bəyan edib. **