Azərbaycan və Almaniya Müdafiə Nazirliklərinin nümayəndələri görüş zamanı hərbi əməkdaşlığın inkişaf məsələlərini müzakirə ediblər.
“Tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə ediblər”, - nazirliyin mətbuat xidməti məlumat verir.
Həmçinin, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüş Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq keçirilib. **
X.Nəsirzadə