Azərbaycan Köln şəhərində “Anuga 2019” beynəlxalq ərzaq sərgisində 18 şirkətlə təmsil olunacaq. Bunu İqtisadiyyat Nazirliyi qeyd edir.
“Sərgi 5-9 oktyabr tarixlərində Almaniyanın Köln şəhərində keçiriləcək. Sərgidə Azərbaycan qida sənayesi məhsulları istehsalı ilə məşğul olan 18 yerli şirkətlə təmsil olunacaq”, - məlumatda vurğulanır.
“Anuga 2019” dünyanın ən böyük ərzaq sərgilərindəndir. Sərgidə hər il dünyanın 100-dən çox ölkəsindən şirkətlər təmsil olunur. **
B.Rüstəmbəyov