Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsi polis zabitinin öldürülməsinə görə pul mükafatı təyin etmiş Facebook istifadəçisi Əvəz Vahidoviç barəsində cinayət işi qaldırıb.
““Evez Vahidoviç” adlı sosial şəbəkə istifadəçisi Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib”, - deyə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
Fakta görə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.*
F.İsazadə