Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin sonunadək Şamaxı rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin tikilməsini planlaşdırır.
“Əlilliyi olan şəxslərin respublika üzrə reabilitasiya infrastrukturu daima genişləndirilir, mövcud infrastruktur isə müasir standartlara uyğunlaşdırılaraq yenidən qurulur. Bu məqsədlə cari ildə Şamaxı rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin tikilməsi nəzərdə tutulub”, - nazirliyin mətbuat xidmətindən məlumat verilir.
Yeni mərkəzdə Şamaxı və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərin səmərəli bərpa müalicəsi alması üçün kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. **
X.Nəsirzadə