Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu barədə KOBİA-nın məlumatında deyilir.
“Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandr Kalinin imzalayıblar. Memorandumda KOB-lara informasiya və marketinq dəstəyinin göstərilməsi, sahibkarlıq və biznes prosesləri sahəsində təlim proqramlarının həyata keçirilməsi, ixracyönümlü KOB-ların dəstəklənməsi, birgə layihələrin hazırlanması və reallaşdırılması, ticarət-istehsalat və elmi-texniki əməkdaşlıq və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
“Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı 2002-ci il sentyabrın 18-də yaradılıb.*
B.Rüstəmbəyov