Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb. Tərəflər ticarət-iqtisadi münasibətlərin inkişafında müsbət dinamikanı qeyd ediblər.
“Şəxsi əlaqələrdə yaranan fasiləyə baxmayaraq, ölkələrimiz arasında münasibətlərin inkişafı davam edib və uğurla inkişaf edir”, - Putin qeyd edərək bildirib ki, “ticarət-iqtisadi əlaqələr möhkəmlənir, ötən il bu rəqəm $2,5 mlrd. təşkil edib”.
O, əməkdaşlığın yaxşı perspektivləri olduğuna əminlik ifadə edib. “Azərbaycan prezidentinin müəllifi olduğu planları nəzərdə tuturam. Biz öz tərəfimizdən, bu konkret layihələrin reallaşdırılması üçün əlimizdən gələni edirik”, - Putin bildirib.
“Digər istiqamətlər üzrə münasibətlərin necə formalaşdığına dair informasiya mübadiləsinə zərurət var, ümid edirəm ki, bu gün bütün bunların öhdəsindən gələcəyik”, - Rusiya lideri əlavə edib.
Əliyev, öz növbəsində Rusiya-Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq kimi qələmə verib.
“Qeyd etdiyiniz kimi, biz bir müddət, daha dəqiq desək – dörd ay ərzində görüşməmişik. Ötən il əlaqələrimizin intensivliyini nəzərər alaraq, bu kifayət qədər uzun müddətdir”, - deyə prezident bir il əvvəl dörd görüşün baş tutduğunu xatırladıb.
O cümlədən, Azərbaycan prezidenti iqtisadiyyat sahəsində müsbət dinamikanı qeyd edib. “Həm ötən ildə, həm cari ildə ticarət dövriyyəsinin həcmi artır. Məlumatımıza əsasən, avqust ayına qədər artım təqribən 20%-dən çox olub”, - o bildirib.
“Rusiya bizim üçün ən mühüm tərəfdaş, dost və mehriban qonşu ölkədir. Bu münasibətlər bizim üçün çox dəyərlidir. Əminəm ki, bugünkü müzakirə əlaqələrmizin gələcəkdə möhkəmlənməsinə yaxşı töhfə verəcək”, - Əliyev yekun vurub. **